Azərbaycan Milli Xalça Muzeyi – « Sovietskaya : A close encounter » (“Sovetski: Yaxın tanış ») foto sərgisinin açılışı

Bazar günü saat 18 :30-da Fransanın Azərbaycandakı səfiri cənab Zakari QROSS mədəni irsin qorunmasını təbliğ edən « Fantazia » festivalı çərçivəsində « Sovietskaya : A close encouter » (“Sovetski: Yaxın tanış ») foto sərgisinin rəsmi açılışını edəcəkdir. Layihə üç fotoqrafın fransalı Matyö AQ, Nikola Landemar və niderlandlı Robert Rombunun əməyi nəticəsində ərsəyə gəlmişdir.

Sərgi barədə :

Bakı şəhərinin daimi inkişaf edən templərinə və şəhərsalma planının yoğun olmasına baxmayaraq Sovetski qəsəbəsi səyahətçiləri valeh etməyə davam edir. Sovetskidən qalan hələ də valeh edicidir, insan əlaqələri burada güclüdür və sovetski əhalisi xoşbəxtdir. Fotoqraflar məhz bunları aparatlarının vizirləri vasitəsilə sizlərə təqdim etmək arzusundadırlar.
Sözü gedən sərgi həmin yerdə sanki ədəbi bir gəzinti, oranın qayğıya ehtiyyacı olan irsinə xarici baxışdır.

Bu sərgi Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun dəstəyi ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyini təşəbbüsü ilə keçirilən Fantazia Festivalı çərçivəsində təqdim olunacaqdır.

Festival haqqda daha ətraflı məlumat üçün: https://www.sizinavropa.az/festival/fantazia

Azərbaycan Milli Xalça Muzeyinin ünvanı : Bakı şəhəri, Mikayıl Hüseynov prospekti 28.

JPEG

publié le 31/10/2019

haut de la page