Səfirlərin xronolji siyahısı

- 1. Cənab Jan PERRƏN (1992-1996)

- 2. Cənab Jan-Pyer GİNUT (1996-2001)

- 3. Xanım Şantal PUARE (2001-2004)

- 4. Cənab Rolan BLATMAN (2004-2006)

- 5. Cənab Bernar Dü ŞAFO (2006-2007)

- 6. Cənab Jan-Iv BERTO ( 2007 - 2008)

- 7. Cənab Qabriel KELLER (2008-2012)

- 8. Cənab Paskal MÖNYE (2012-2015)

- 9. Xanım Orelia BUŞEZ ( 2015 - 2019)

- 10. Cənab Zakari GROS (2019)

Zakari Qros Fransanın Azərbaycan Respublikasındakı səfiri vəzifəsinin icrasına 24 sentyabr 2019-cu ildə başlayıb.

Bundan öncə o, Xarici İşlər nazirliyində təhlükəsizlik, balistik və nüvə raketlərin yayılmaması və kosmik təhlükəsizlik idarəsinin rəhbəri olmuş və 2015-ci ildən 2019-cu ilə qədər Iranın nüvə məsələsində xüsusilə çox yaxından iştirak etmişdir.

Zakari Qros Tel-Əvivdə Birinci müşavir (2012-2014); Müdafiə nazirliyində Strateji məsələlər üzrə direktor müavini (2011-2012); Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyi və BMT-nin yanında Fransanın daimi Nümayəndəsinin müavini (2006-2009); Fransa səfirliyinin Moskvadakı müşaviri (2003-2006) vəzifələrində çalışıb.

Zakari Qros həmçinin Brüseldəki beynəlxalq təşkilatların yanında Areva Qrupunun (indiki ORANO) nümayəndəliyinin rəhbəri olub (2009-2011).

Zakari Qros Parisdəki Politologiya İstititutunu, Paris-Dofən Universitetini və Suseks Universitetini (Böyük-Britaniya) bitirib.

Fransız, İngilis, Rus dillərində danışır.

Fransanın Azərbaycandakı səfiri

publié le 11/10/2019

haut de la page