Mədəniyyət xəbərləri
-
Fransa Xarişi İşlər Nazirliyinin dəstəyi ilə « Böyük Kəsik » arxeoloji missiyası bu yay Azərbaycanda, xüsusilə də Qaraçınar yaxınlığında qazıntıları davam etdirir
Kot d`Azur Universitetinin CNRS-Nis CEPAM tədqiqat laboratoriyasının arxeoloqu Julio Palumbi tərəfindən aparılan « Böyük Kəsik » adlanan bu tədqiqat missiyası yay ayları ərzində Goranboy rayonunun Qaraçınar ərazisində yenidən davam etdirilir. Bu missiya Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin əməkdaşlığı və birgə maliyyəsinin bəhrəsidir.
-
Strasburq Universitetinə təhsil səfərindən əvvəl UFAZ-ın məzunları və eyni zamanda Fransa səfirliyinin təqaüdçüləri olan iki gələcək doktorantla görüş (Fransa səfirliyinin iqamətgahı, 19 iyul 2022-ci il)
Fransanın Azərbaycandakı Səfiri Cənab Zakari QROS, növbəti tədris ilinin əvvəlində Strazburq Universitetində ikili diplom proqramı çərçivəsində doktorantura təhsilinə başlayacaq Azərbaycan-Fransız Universitetinin (UFAZ) iki magistr məzununu Fransa səfirliyinin iqamətgahında qəbul etdi.
-
Fransız İnstitutu mədəniyyət diplomatiyasının 100 illiyini qeyd edir !
[1922-2022] #AIF2022 – Bu il, Fransız İnstitutu çox xüsusi bir hiss ilə mədəniyyət diplomatiyasının 100 illiyini qeyd edir !
-
Buraxılış mərasimində Azərbaycan Dillər Universitetinin yeni məzunlarına Mədəniyyət və Əməkdaşlıq müşavirinin təbrikləri
Səfirliyin Mədəniyyət və Əməkdaşlıq müşaviri (COCAC) cənab Jerom Kel iyulun 15-də, rektor cənab Kamal Abdullanın sədrliyi ilə keçirilən buraxılış mərasimində Azərbaycan Dillər Universitetinin (ADU) bakalavr pilləsini bitirən tələbələri universitetin fəxri həyətində yüzlərlə yeni məzunun hüzurunda təbrik edib.
-
Bakıda 14 İyul bayramı qeyd olundu
Covid-19 pandemiyasını yaşadığımız iki illik fasilədən sonra, ilk dəfə olaraq 14 İyul bayramı bu il Marriott Boulevard otelində ictimaiyyətin iştirakı ilə qeyd olundu.
-
Culturetheque-də mütaliə edərək yayın həzzini çıxardın! (Fransız İnstitutunun onlayn kitabxanası)
Bu yay fransızca onlayn oxumaq, dinləmək və öyrənmək üçün Culturetheque-in ( Fransadan xaric ölkələrdə fransız mədəniyyət şəbəkəsinin rəqəmsal kitabxanası ) təklifindən yararlanın !
-
İŞ ELANI / «İnzibati İdarəçi» vakansiyası (K/Q)
Fransa səfirliyi 1 sentyabr 2022 tarixindən etibarən «İnzibati İdarəçi» vakansiyası üzrə işçi qəbulu elan edir.
-
Annesi (Fransa) Beynəlxalq Animasiya Film Festivalından “Animafilm” 2021 Festivalının qalibinin salamlama mesajı
Animafilm 2021 Festivalının « Azərbaycanın Ən Yaxşı Qısametrajlı filmi Mükafatı » nominasiyasında qalib gəlmiş Firəngiz Qurbanovanın oğlu Cavid Əhədov 13-18 iyun 2022 tarixlərində məşhur Annesi Beynəlxalq Animasiya Film Festivalında iştirak etmişdir.
-
İFA-da Oxu Saatı
Övladınız 6-10 yaş aralığındadır? O zaman ona fransız dilində 1 saatlıq mütaliə dərnəyində iştirak etmə imkanı yaradın.
-
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Monpelye Universitetinin Biznesin İdarəedilməsi İnstitutu (IAE) arasında ikili diplom üzrə tələbələrin təltif edilməsi
30 iyun 2022-ci il tarixində UNEC diplomlarının təqdimetmə mərasimində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Monpelye Universitetinin Biznesin İdarəedilməsi İnstitutu (IAE) arasında ikili diplom üzrə tələbələrin təltif edilməsi
- page précédente
- page suivante
1-10 de 235