Viza verilməməsi / Appelyasia
Qısamüddətli Şengen vizası verilmədiyi halda, pasportunzu geri götürən gün sizə bu barədə izahedici və əsaslandırıcı məktub təqdim olunur.
Qərara etiraz edərək aşağıda göstərilən ünvana məktubla müraciət edə bilərsiniz: Commission de Recours contre les décisions de Refus de Visa d’entrée en France.
Müraciət Komissiyası Xarici İşlər Nazirinin və İmmiqrasiya Nazirinin səlahiyyətindədir. Bu Komissiya Fransaya giriş vizasının verilməməsi haqqında diplomatik və ya konsulluq rəsmilərinin qərarları ilə bağlı təqdim edilən ərizələri yoxlayır.
Bu müraciətin inzibatı hakimə müraciətdən əvvəl edilməsi vacibdir. Əgər maraqlı şəxs Komissiyaya müraciət etməzsə və ya müəyyən edilmiş vaxt müddətində müraciət etməzsə, o halda inzibati hakimə ediləcək müraciət üçün bütün imkanlarını və hüquqlarını itirir.
• Müraciət etmək üçün müddət
Müraciət, vizaya rədd qərarı verilmiş tarixdən etibarən 2 ay ərzində mütləq edilməlidir. Müstəsna hallardan başqa, ərizə 2 ay ərzində cavabsız qalarsa, o halda vizaya rədd cavabı qüvvədə qalır.
• Müraciət forması
Ərizəni lazımi arqumentli sənədləri əlavə etməklə aşağıdakı ünvana sifarişli məktub formasında göndərmək lazımdır: Commission de recours contre les refus de visas, BP 83609, 44036 NANTES CEDEX 1.
Ərizə fransızca yazılmalı, əsaslandırılmalı və imzalanmalıdır.
Komissiyaya, xarici vətəndaşın özü, yaxud onun vəkili, yaxud viza verilməməsi qərarına etiraz etmə səbəbini əsaslandıran digər şəxslər (məs: ailə üzvü) ərizə ilə müraciət edə bilər.
• Müraciətin nəticəsi
Müraciət ərizəsinin Nantda alındığı tarixdən sonra qərar vermək üçün Komissiyanın 2 ay vaxtı vardır. 2 aylıq müddət keçibsə, bu, viza verilməmə haqqında Komissiyanın qərarının dəyişmədiyini bildirir .
Komissiya müraciət ərizəsini rədd edə bilər, yaxud da viza verilməsi barədə Xarici İşlər Nazirliyinə və ya Daxili İşlər Nazirliyinə göstəriş verə bilər.
Əgər Komissiya müraciət ərizəsini rədd edirsə, yaxud da Komissiyanın müsbət rəyinə baxmayaraq Nazirlər viza verilməmə qərarını təsdiq edirlərsə, o halda xarici vətəndaş növbəti 2 ay ərzində öz müraciət ərizəsini ləğv etdirməlidir. Bu müraciət ərizəsinin ləğv edilməsi üçün isə Nant şəhər inzibati məhkəməsinə müraciət etmək lazımdır.
Fransanın təmsil etdiyi ölkələrə (Belçika, İspaniya, Lüksemburq, Hollandiya, Portuqaliya, İsveç ) giriş vizasının verilməməsi qərarı ilə bağlı göndərilən müraciət ərizələri fransız prosedurlarına uyğun olmalıdır.