Fransada alınan diplomların təsdiq edilməsi

Fransada olan Azərbaycanlı tələbələrə Fransada aldıqları diplomların təsdiqinə, Azərbaycana qayıtmadan öncə orada olduqları müddətdə başlamaları ciddi şəkildə tövsiyyə olunur və onlar bu barədə məlumatlıdırlar.

1/ Fransa dövlət təhsil müəssəsi tərəfindən verilən diplomlar üçün (məsələn : Universitet)

- Tələbələr ilk növbədə diplomlarının bir və ya bir neçə surətinin “əsli ilə uyğun” ("certification conforme") olmasının təstiqini yaşadıqları yerin Meriyasından istəməlidirlər. Bunun üçün heç bir rüsum ödənilməyir.

- Daha sonra tələbələr diplomlarına «Apostil» ştampının vurulması üçün diplomun verilməsində əlaqəli və səlahiyyətli orqana “Apelyasiya məhkəməsinə” (yaşadıqları yer üzrə) müraciət etməlidirlər. Bu rəsmiləşdirmə yerindəcə və ya bunun üçün nəzərdə tutulan doldurulmuş blank poçt vasitəsilə göndərilərək həyata keçirilir.

2/ Özəl təhsil müəssəsi tərəfindən verilən diplomlar üçün (Məsələn: Ticarət məktəbi)

- Tələbələr birbaşa olaraq onlara diplomu verən həmin təhsil müəssəsinə müraciət etməklə məlumatlana bilərlər.

Əlavə məlumat üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur.

publie le 09/08/2017

hautdepage