ƏDV geri qaytarılması

Ümumiyyətlə Avropa İttifaqından (Aİ) kənarda yaşayırsınız, 16 yaşınız tamam olub və 6 aydan çox olmayaraq müvəqqəti olaraq Fransadasınız? Müəyyən şərtlərdə, aldığınız mallara ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri ala bilərsiniz.

Əsas şərtlər:

ƏDV qaytarılmasını nəzərdə tutan satış mağazasında alış-verişlərinizi etməlisiniz

  • Alış-veriş turistik xarakter daşımalıdır;
  • Alış-veriş 175 avrodan çox olmalı, eyni gündə bir mağazada edilməlidir
  • Özünüz də bu məhsulları ölkənizə ixrac etməlisiniz.

FRANSADA ƏDV QAYTARILMASI QAYDASI

Satıcı mənə hansı sənədi təqdim edir?

Satın aldıqdan sonra satıcı ƏDV geri qaytarılması qaydası barədə sizə məlumat verir və ixrac üçün qəbzi təqdim edir. Qəbzə imza atmaqla ƏDV-nin geri qaytarılması üçün zəruri şərtlərə əməl etməyə razılıq verirsiniz.

FRANSANI TƏRK EDƏRKƏN

Qəbzlərimi nə vaxt təsdiq elətdirim?

  1. Fransadan Avropa İttifaqını tərk edərkən
  2. Aldığınız gündən sonrakı üçüncü ayın sonuna qədər
  3. Təyyarə ilə uçursunuzsa, baqaj qeydiyyatdan öncə

Qəbzlərimi necə təsdiqləmək olar?

Fransız qəbzlərinizi gömrük xidmətindən keçmədən birbaşa PABLO terminallarında təsdiqləyirsiniz.

PABLO terminalını necə tapmaq olar?

PABLO terminalları ümumiyyətlə gömrük xidmətinin yanında təchiz olunmuş çıxış nöqtələrində (beynəlxalq hava limanları, limanlar, sərhəd keçidləri) yerləşir.

PABLO SENSOR TERMINALIN ƏMƏLİYYATI

  • DİL seçimi
    Sensor ekranda sizə təklif olunan 8 dil arasından istədiyiniz dili seçin
  • SKAN
    Qəbzinizin barkodunu optik oxuyucunun altına qoyun.
  • GÖMRÜK VIZASI
    Yaşıl ekran "ok qəbz təsdiqləndi": sizə gömrük vizası verildi. Bununlada prosedura tamamlanır! Qırmızı ekran varsa yanarsa, ekrandakı təlimatlara əməl edin.

Gömrükdən viza aldıqdan sonra, çıxış məntəqəsində valyuta mübadiləsi olarsa yaxınlaşıb ƏDV geri ala bilərsiniz və ya satıcı ilə sizin etdiyiniz seçimdən asılı olaraq bank hesabına köçürmə yolu ilə əldə etmək olar.

İstənilən vaxt gömrük xidməti, ƏDV qaytarılmasından istifadə etməyə imkan verən şərtləri həqiqətən riayyət edib-etmədiyinizi yoxlaya bilər. Yoxlanış zamanı siz aşağıdakıları təqdim etməlisiniz:

- Aİ xaricində daimi yaşayış yerinizi təsdiq edən şəxsiyyət vəsiqəsi;
- Bileti;
- Rüsumsuz rejimdə alış zamanı özünüzlə aparmalı olduğunuz mallar.

Onların təqdim edilməməsi qəbzin ləğvinə və cərimənin ödənilməsinə səbəb ola bilər.

Çıxış məntəqəsi PABLO terminalı ilə təchiz olunmayıbsa və ya xarici bir qəbz varsa?

Gömrüklə əlaqə saxlayın

Fransadan deyil, Aİ üzvü olan digər ölkədən çıxarsınızsa :

Aİ üzvü olan bu ölkənin səlahiyyətli orqanlarından qəbzlərinizin gömrük təsdiqini tələb etməli və fransız satıcısına göndərməlisiniz.

FRANSADA QEYDIYYATDAN KEÇMƏYI BACARMADINIZ?

Uçuşdan öncə ƏDV-nin geri qaytarılması üçün zəruri olan prosedurlardan keçmək üçün özünüzə müəyyən vaxt ayırın.

Fransada ƏDV geri qaytarılması prosedurunu yerinə yetirməmisinizsə, icazə verilən franşiza çərçivəsində və 3 aydan az müddətdə edə bilərsiniz. Bunun üşün rəsmiləşdirməya dair xahişinizi Fransanın Moskvadakı gömrük attaşesinə ünvanlaya bilərsiniz.

Ərizənizdə aşağıdakılar olmalıdır:

  1. Qeyri-rezident olduğunuzu təsdiq edən şəxsiyyət vəsiqəsinin surəti
  2. Fransız gömrük blanklarının PABLO sürəti
  3. Mağaza qəbzinizin surəti
  4. Nəqliyyat sənədinizin surəti
  5. Fransanı və ya Aİ-nı tərk etməzdən öncə ƏDV geri alınmasını rəsmiləşdirə bilməmədiyinizi və onun səbəblərini izah edən məktub (Fransa və ya AI ərazisindən çıxma yeri və tarixi göstərilməklə)
  6. Ünvanınız

DİQQƏT: Yalnız müstəsna səbəblərə görə düzgün əsaslandırılma olduğu təqdirdə, rəsmiləşdirilmə təsdiqlənə bilər. Gömrük attaşesi rəsmiləşdirmədən imtina etmək hüququnu özündə saxlayır.

Rus dilində : https://ru.ambafrance.org/Sluzhba-attashe-po-tamozhennym-voprosam

publié le 23/10/2019

haut de la page