Bakı Fransız Liseyi (BFL) [fr]

Bakı Fransız Liseyi Fransa Milli Təhsil Nazirliyi tərəfindən homoloqasiya almış bağça, ibtidai və yuxarı siniflərdən ibarət təhsil müəssisəsidir. O, ingilis dili və digər xarici dillərin tədrisi ilə birlikdə dünyada fransız təhsilini təmsil edən 500 fransız liseyləri sırasına daxildir.

PNG

Yeni, müasir avadanlıqlarla təchiz olunmuş BFL Bakıda " Ağ şəhər "ərazisində yerləşir. Liseydə azərbaycanlı və fransızdilli ailələrin övladları təhsil alır. Lisey artıq paytaxtın təhsil müəssisələri arasında öz nüfuzu ilə seçilir.

Fransız Milli Təhsilinin təsdiq etdiyi birbaşa təhsildə, uşaq bağçası (Kiçik, Orta və Böyük bölmə), ibtidai sinif (CP, CE1, CE2 / CM1, CM1 / CM2) və kollec (yuxarı sinif) səviyyəlrəində təhsil verilir. Fransız müəllimlər məktəbin pedaqoji operatoru olan Fransız Dünyəvi Missiyasının dəstəyi (Mission Laïque Française) ilə işə qəbul edilir. 2020/2021-ci illərdə, birbaşa tədrisdə 10-cu sinif homoloqasiya mərhələsindədir.

Liseydə tədris CNED (Milli Məsafəli Təhsil Mərkəzi) vasitəsilə həyata keçirilir. Hər sinifdə dərslər Fransa Milli Təhsil Nazirliyinin sertifikatlaşdırılmış müəllimləri tərəfindən tədris edilir.

Məktəbdə yeməkxana, idman zalı, texnologiya, biologiya otaqları, İnteraktiv lövhələr vardır.

Fransızdilli olmayan şagirdlər üçün FLE (Fransız dili xarici dil kimi) dərsləri həyata keçirilir. Həmin şagirdlər CE1 (ikinci) sinfinədək test keçmədən məktəbə qəbul oluna bilərlər. CE2 (III) sinfindən başlayaraq motivasiyaya, hazırlıq səviyyəsinə əsaslanan qəbul testləri tətbiq olunur.

Bağçanın dərsdənkənar fəaliyyəti (ödənişsiz) saat 15:00-dan 19:00-dək davam edir.

Saat 15:15-dən 16:30/45-dək idman, mühəndislik, rəsm, şahmat və ev tapşırıqlarının hazırlanması məşğələləri (ödənişli) fəaliyyət göstərir.

Hər hansı bir sual və ya məlumat üçün administration@lfb.az elektron ünvanına yaza bilərsiniz.

Telefonla əlaqə üçün:

- Fransadan - 00 994 50 274 37 10
- Azərbaycandan - 050 274 37 10

publié le 03/09/2020

haut de la page