Azərbaycanda Fransa üçün viza müraciəti

Azərbaycanda viza üçün təqdim olunan müraciətlər Fransa Səfirliyi tərəfindən baxılır.

Məlumatlanmaq, sənədinizi hazırlamaq və təqdim etmək və ya müraciətinizi hansı mərhələdə olmasını bilmək üçün, rəsmi internet səhifəsi olan France-visas səhifəsinə daxil ola bilərsiniz.

France-visas - ərizənizin hər bir mərhələsində kömək edən və müraciətinizə istiqamət vermək üçün lazım olan bütün məlumatları toplayan yeganə portaldır (sənədi hazırlamaq, daxil etmək, ərizəni təqdim etmək və nəzarət etmək).

Viza müraciətinin əsas mərhələləri

Vizaya ehtiyacınız varmı?

PNG Assistant visa sayəsində, France-visas, vizaya ehtiyacınız olub-olmamasını və hansı növ viza lazım olması vəziyyətinizə uyğun olaraq müəyyən etməyə imkan verir. O, həmçinin ərizənizə hansı sənədləri əlavə etməyi və tətbiq olunan tarif haqqında məlumat verəcəkdir.

Ərizəni onlayn doldurun.

PNG Viza lazım olduğunu yoxladıqdan sonra portalda ərizəni onlayn doldura bilərsiniz. Sizdən hesab yaradılması tələb olunacaq və France-visas sizi müraciətinizi dolduran zaman sizə köməklik göstərəcək.

Sənədinizi viza mərkəzinə təqdim edin.

PNG Sənədiniz onlayn olaraq doldurulub başa çatdıqdan sonra, aidiyyatı viza mərkəzinə müraciəti təqdim etdiyiniz qalır. France-Visas kimə müraciət etmək və necə müraciət etmək haqqında lazım olan bütün məlumatları verəcək.

Viza müraciətinizi izləyin.

PNG Müraciətinizi təqdim etdikdən sonra, sənədinizin hansı mərhəllədə olduğunu izləyin, pasportunuzu nə vaxt və necə götürəcəyinizi və Fransaya səfərinizi hazırlayın.

Diqqət :

Ölkənizə və ilin dövrünə görə, görüşün götürülməsi və həmçinin müraciətinizin baxılması üçün müəyyən müddət tələb olunacaq.

Istifadəçilərdən yola düşmə tarixlərinə uyğun olaraq müraciətin baxılması müddətini nəzərə alaraq viza müraciətlərini tezləşdirmək xahiş olunur.

publié le 04/09/2019

haut de la page