14 iyul - Fransanın Milli Bayramı [fr]
Fransanın Azərbaycandakı səfirliyi iyulun 12-də Fransanın Milli Bayramı münasibətilə rəsmi ziyafət təşkil etdi. Milli Bayram bu il, bir neçə həftə sonra Paris, Marsel və Fransız Polineziyasında keçiriləcək Olimpiya Oyunları və Fransanın azad olunmasının 80 illiyi kimi önəmli hadisələr işarəsi altnda keçirildi.
Bu gecədə səfir Ann Boillon iqtisadi, akademik, elmi, mədəni, təhsil və dilçilik sahələrində Fransa-Azərbaycan əlaqələrinə fəal töhfə verən Azərbaycandakı tərəfdaşlarına, o cümlədən fransız müəllimlərinə minnətdarlığını bildirdi.
O, 2024-cü il Olimpiya Oyunlarında ölkəsinin rənglərini geyinəcək Azərbaycan idmançılarına uğurlar arzulaydı.
Bu il Bakı COP 29-a ev sahibliyi edəcək və səfir planetin və gələcək nəsillərin rifahı naminə qlobal əməkdaşlığın təşviqində Azərbaycan sədrliyinə ən xoş arzularını bildirdi.
Azərbaycan Milli Akademik Opera və Balet Teatrının görkəmli solisti Fəridə Məmmədovanın ifasında dövlət himnlərinin səsləndiyi gecənin ən maraqlı məqamlarını fotoşəkillərdə yenidən yaşayın.
Fransa səfirliyi bu gecəni mümkün edən səxavətli sponsorlara ürəkdən təşəkkür edir.
Tədbirin şəkilləri üçün buraya klikləyin.