Yunanıstan səfirinə İncəsənət və Filologiya Kavaleri ordeni təqdim olunması mərasimi

Fransanın Azərbaycandakı Səfiri xanım Oreliya Buşez, bazar günü 9 sentyabr 2018-ci il tarixində, Yunanıstanın ölkəmizdəki səfiri, Zati-aliləri Cənab Nikolaos Kanellos-a (https://www.ufaz.az/en/news/the-ambassador-of-greece-in-azerbaijan-mr-nicolaos-d-kanellos-education-is-my-priority/) İncəsənət və Filologiya Kavaleri ordeni (http://www.culture.gouv.fr/Nous-connaitre/Organisation/Services-rattaches-a-la-ministre/Conseil-de-l-Ordre-des-Arts-et-des-Lettres) təqdim etdi.

Fransanın Mədəniyyət Naziri xanım Fransua Nissen adından təqdim olunan bu orden, «Yaradıcılıq və ya ədəbiyyat sahəsindəki yaradıcılıqları ilə fərqlənən, dünyada və ya Fransada incəsənət və filologiya sahəsinə töhvə verən şəxsləri mükafatlandırmağa istiqamətləndirilmişdir». Səfir Kannelos mükəmməl dərəcədə fransızdillidir və ali təhsilinin çox hissəsini Nitsa Universitetində almışdır. O, eyni zamanda yazıçı və rəssamdır və həyatının böyük hissəsini İncəsənətə həsr etmişdir.

publie le 11/09/2018

hautdepage