Yelisey sarayının bəyənatı

Fransa Respublikasının Prezidenti tərəfindən çağırılan Nazirlər Kabineti, 14 noyabr saat 00-da toplandı. Baş Nazirin, Daxili İşlər və Ədalət Nazirinin, Ədliyyə nazirinin məruzəsinə görə, fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam qəbul edilmişdir. Bu sərəncam, ölkə ərazisində və Korsikada dərhal qüvvəyə minir, insanların hərəkətlərinə məhduduyyət qoyur, mühafizə və təhlükəsizlik zonaları yaratmağa imkan verir.

Fransanın bütün şəhərlərində gücləndirilmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı ikinci bir sərəncam da qəbul edilmişdir. Bu müddəalar, fəaliyyəti təhlükəli olan hər bir şəxsin ev həbsinə, tamaşa zallarının və toplantı məkanlarının müvəqqəti bağlanmasına, silahların təslimi və inzibati axtarış həyata keçirmək imkanı verir.
Bundan başqa, Respublika Prezidenti sərhədlərdə aparılan yoxlamaların bərpa edilməsinə qərar verdi.Gömrük xidmətləri bu məqsədlə səfərbər edildilər.
Məktəblər, liseylər, tədris müəssisələri və universitetlər bu şənbə günü Fransada bağlı olacaqdır və məktəb səhayətləri ləğv ediləcəkdir.

Xəstəxanalar səfərbər edildilər.

Xarici İşlər, Ədliyyə və Səhiyyə Nazirliyinin zərərçəkmişlərə yardim hücrəsi aktivləşdirildi.

Bu gün saat 9-dan etibarən təhlükəsizlik müşavirəsi çağrıldı və 1500 hərbçi səfərbər edildi.

Prezident Parisdə qalacaq və G20-də i ştirak etməyəcək. O, Xarici İşlər və Beynəlxalq İnkişaf Naziri və Maliyyə Naziri tərəfindən təmsil olunacaq.

publie le 14/11/2015

hautdepage