Total şirkətinin təşəbbüsü ilə ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadənin avtobioqrafik əsərinin fransız dilində nəşri [fr]

ARDNŞ-in vitse-prezidenti və akademik cənab Xoşbəxt Yusifzadənin « Ömrümün illəri və izləri » adlı avtobiorafik əsərinin fransız dilinə tərcüməsi 17 sentyabr tarixində Fransız-Azərbaycan Universiteti UFAZ-da təşkil olunan konfrans zamanı təqdim olundu. Konfransda Fransa Səfirliyinin müvəqqəti işlər vəkili cənab Dominik Jantiy iştirak etdi.

Bu təşəbbüsün rəhbəri timsalında çıxış edən Total Azərbaycan şirkətinin baş direktoru cənab Denis LEMARCHAL, karyera yolu tamamilə Azərbaycanda neft-qaz sektorunun inkişafına həsr edilmiş, son onilliklər ərzində ölkənin çağdaş tarixinin əsas hissəsinin mükəmməl bir nümunəsi olan bu görkəmli şəxsiyyətə, bu şəkildə ehtiram bildirmək istədiyini vurğuladı.

Bir sıra yüksək səviyyəli şəxsiyyətlər, cənab Yusifzadənin ölkənin enerji sektorunun uğurlarına verdiyi töhfəni vurğulamaq üçün nitq söylədilər : Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ; ARDNŞ-in vitse-prezidenti Tofiq Qəhrəmanov ; Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ; RDNŞ-in birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov.

500 nüsxə ilə çap olunan kitab TOTAL şirkətinin dəstəyi ilə paylanacaq və tezliklə Azərbaycanda Fransız İnstitutunun kitabxanasında mövcud olacaq.

JPEG

publié le 02/10/2019

haut de la page