Xatirə kitabı

İyulun 14-də gecə Nitsada baş vermiş terror hücumundan sonra Fransa Səfirliyində açılmış Xatirə kitabında başsağlığı yazmaq üçün çoxsaylı rəsmi və siyasi şəxsiyyətlər, diplomatik missiyaların üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri iyulun 18-i və 19-da bu Səfirliyə gəlmişlər. Maliyyə Naziri, fransa-azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının həmsədri cənab Samir Şərifov iyulun 18-də Səfirliyə gələrək Azərbaycan Hökuməti adından başsağlığı vermiş və Xatirə Kitabını imzalamışdır.

Fransanın Azərbaycandakı Səfirliyi onlara, eləcə də son günlər bizə öz həmrəyliyini və dəstəyini göstərmiş şəxslərin hamısına öz səmimi təşəkkürlərini bildirir.

JPEG - 245.6 ko
Photo / © Turan
JPEG - 205.1 ko
Photo / © Turan
JPEG - 305.7 ko
Photo / © Turan

publie le 09/09/2016

hautdepage