Xanım Teybə Quliyeva Şərəf Legionu Ordeninin Kavaler nişanı ilə təltif edilib [fr]

9 iyun 2022-ci il tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Fransa Respublikasının Prezidenti adından “Société” Générale” bankının Azərbaycan və Qazaxıstan üzrə icraçı direktoru və Azərbaycan-Fransa Ticarət Palatasının İdarə Heyətinin sədri, xanım Teyba Quliyevaya Şərəf Legionu Ordeninin Kavaler nişanını təqdim etmişdir.

Fransa bu fəxri mükafat ilə xanım Teybə Quliyevaya Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə və sadiqliyinə görə öz təşəkkürünü ifadə edib.

Xanım Quliyeva böyük fəxarət duyduğunu və Fransanın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəni qeyd edib.

publié le 10/06/2022

haut de la page