Xəzər dənizi hövzəsinə həsr olunmuş konfrans. (13-17 sentyabr 2018)

Sentyabr ayının 13-dən 17-nə qədər, Fransa Səfirliyinin dəstəyi ilə, Xəzər dənizinin dayanıqlı inkişafı üzrə beynəlxalq işçi qrupu (IWG SDCSR), Xəzər dənizi regionunun ətraf mühit risklərinə həsr olunmuş konfranslar silsiləsi təşkil etdi. Azərbaycan, Fransa, Almaniya, İtaliya, Rusiya, İsveçrə, Amerika Birləşmiş Ştatları və digər ölkələrin elm adamları tərəfindən təşəbbüs edilən bu konfranslar, Xəzər dənizi regionuna və ətrafında yerləşən digər göllərə həsr olunmuş beynəlxalq elmi əməkdaşlığı artırmaq məqsədi daşıyır. Bu layihənin hazırlanmasında 15 ölkədən müxtəlif sahələr üzrə ixtisaslaşan 50-ə yaxın alim iştirak etmişdir.

Layihə çərçivəsində, fransız laboratoriyasının (les Legos) nümayəndəsi və peyk missiyasının (SWOT) baş tədqiqatçısı Dr. Jan-Fransua Kreto CNES və NASA ilə əməkdaşlıq çərçivəsində tələbələr və gənc tədqiqatçılar üçün qitə və okean səth sularının öyrənilməsinə həsr olunmuş « Su dövrünün monitorinqi üçün peyk texnologiyasının ümumi təqdimatı » adlı təlim keçdi. Bu təlimdə UFAZ-ın da (https://www.ufaz.az/) tələbələri daxil olmaqla, 37 nəfər tələbə və tədqiqatçı iştirak etdi. IWG SDCSR məlumatların uzaqdan təyin olunması və şəhərsalmaya həsr olunmuş növbəti konfranslar silsiləsini may ayında (13-25 mai 2019) təşkil etməyi planlaşdırır.
Xəzər dənizinin dayanıqlı və sosial-iqtisadi inkişafı üçün bu tədbirlər həyati əhəmiyyət kəsb edir.

http://igaz.az/az/news/528

publié le 19/09/2018

haut de la page