Ümumi Yığıncaq-AFTSP

11 may 2018-ci il tarixində JW Marriott Abşeron mehmanxasında Fransanın Azərbaycandakı səfiri Oreliya Buşezin iştirakı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının Ümumi Yığıncağının iclası keçirilmişdir. İclasda xanım səfir Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin dinamizmlə inkişaf etdiyini vurğulamışdır.

Palatanın İdarə Heyətinin yeni üzvünün seçilməsi, Palatanın fəaliyyətinə dair illik hesabatın təsdiqi, 2018-ci il üzrə xərclər smetasının müzakirəsi, eləcə də fəaliyyət planının və tədbirlər təqviminin nəzərdən keçirilməsi iclasın gündəliyində duran əsas məsələlərdən olmuşdur.

İclas zamanı Palatanın İdarə Heyətinə üzvlük ilə əlaqədar keçirilmiş səsvermənin nəticələrinə görə “Bakcell”, “CİFAL”, “Ekvita”, “PwC Azərbaycan”, “Real Estate Capital” və “Sigma Technical Services” şirkətlərindən olan namizədlər arasından “Ekvita”nın İdarəedici partnyoru İlqar Mehti İdarə Heyətinə üzv seçilmişdir.

publie le 23/05/2018

hautdepage