Ukrayna – Avropa və Xarici İşlər Nazirinin həmkarı ilə danışığı (25 may 2022-ci il) [fr]

Avropa və Xarici İşlər Naziri xanım Katerina Kolonna ukraynalı həmkarı cənab Dmitri Kuleba ilə telefonla danışıb.

Bu ilk telefon mübadiləsi onların etimada əsaslanan münasibətlər qurmaq üçün ortaq iradəsini nümayiş etdirir.

Nazir mayın 17-də respublika prezidenti ilə Ukrayna prezidenti arasında mübadilənin davamı olaraq Fransanın Ukraynaya bütün müstəvilərdə və xüsusilə də Rusiyanın təcavüzünə qarşı müdafiə vasitələrinin təchizatında dəstəyimizi gücləndirməkdə tam qətiyyətli olduğumuzu bir daha vurğuladı.

Onlar həmçinin Rusiyanın tətbiq etdiyi blokada nəticəsində yaranmış qlobal ərzaq böhranına səbəb olan Ukraynadan taxıl və yağlı bitki toxumlarının ixracı böhranının qarşısının alınması zəruriliyindən danışıblar.

publié le 26/05/2022

haut de la page