UFC-nin (University Foundation Courses) fransızca danışan tələbələrilə görüş - 12 noyabr 2020-ci il. [fr]

Əməkdaşlıq və mədəniyyət müşaviri, Cənab Jerom Kel və Campus France-ın Azərbaycan Bölməsinin komandasının üzvləri Xanım Klemans Felipo və Mədinə Mollayeva, növbəti tədris ilindən Fransada təhsil almaq istəyən ona qədər tələbə ilə görüşüblər.

UFC 2014-cü ildə Xanım Reyhane Hüseynova tərəfindən yaradılıb. UFC, şagirdlərə və tələbələrə, Fransada ali təhsildən öncə intensiv bir dil təhsili proqramı və ilkin universitet metodik hazırlığı təklif edir.

Son universitet islahatları və Fransada təhsil ilə əlaqəli digər mövzulardan əlavə, təqaüdlərin birgə maliyyələşdirilməsi üçün müxtəlif imkanlar haqqında da məlumatlar verildi.

publié le 16/11/2020

haut de la page