UFAZa (Fransa-Azərbaycan Universitetinə) qəbul imtahanları

İyulun 27-də 285 tələbə UFAZa (Fransa-Azərbaycan Universitetinə) qəbul olunmaq üçün əlavə test imtahanından keçdi. Dərs ilinin əvvəlində sentyabr ayında onlardan ən yaxşı nəticələr əldə edən 160 nəfər bu universitetin 4 müxtəlif fakültəsində təhsillərini Lisans (= Bakalavr) proqramında başlayacaq.

Azərbaycan Respublikası Təhsil nazirinin müavini cənab Ceyhun Bayramov və Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, Azərbaycan Neft və Sənaye Universitetində həmin tələbələrlə görüşdülər.

UFAZ (Fransa-Azərbaycan Universiteti) rəsmi olaraq 15 sentyabr 2016-cı il tarixində açılacaq.

JPEG
JPEG
JPEG
JPEG

publie le 09/12/2016

hautdepage