UFAZ tələbələri Beynəlxalq Sahilyanı Təmizlik Günündə iştirak edib.

15 sentyabr 2018-ci il tarixində Beynəlxalq Sahilyanı Təmizlik GünündəAvropa İttifaqı Nümayəndəliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, EkoSfera Sosial və Ekoloji Mərkəzinin dəstəyi ilə Avropa İttifaqına Üzv Dövlətlərin Səfirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşlarını çimərliyin təmizlənməsi #EUBeachCleanup kampaniyası üçün səfərbər etmişdir. 

Azərbaycan-Fransız Universitetinin15 tələbələsi və işçi heyəti, Açıq Qonşuluq layihəsi tərəfindən idarə olunan "Gənc Avropa Səfirləri" şəbəkəsinin iştirakçıları, Aİ Nümayəndəliyinin təşkil etdiyi Avropa Məktəblərinin keçmiş tələbələri də təşəbbüsə qoşulmuşdur.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaqdır. Sözügedən tədbirdə 200 nəfər könüllü də qoşulmuşdur ki, onların arasında Bakıda fəaliyyət göstərən diplomatik xidmət orqanları əməkdaşlarını və onların ailələrini, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının işçi heyətini, UFAZ tələbələri və Avropa İttifaqının Azərbaycandakı nümayəndələrini görmək olar.

UFAZ tələbələri belə ekoloji aksiyaların ətraf mühitin və biomüxtəlifliyin qorunması baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər. Novxanı çimərliyində baş tutan tədbirdən görüntüləri sizlərlə bölüşürük.

publié le 25/09/2018

haut de la page