UFAZ-ın yeni tədris binasının açılışı

Yeni təhsil ilinin ilk günü, 15 sentyabr tarixində təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Cənab Jan-Batist Lömuan, Ali təhsil və Tədqiqat Nazirliyinin Tədqiqat və İnnovasiyalar üzrə Baş Direktoru Cənab Alən Beretz, Kimya Tədqiqatları Fondunun Prezidenti Cənab Bernard Möniye,həmçinin Strasburq Universitetindən (UNISTRA) universitetin Beynəlxalq Əlaqələr üzrə Vitse Prezidenti İrini Jakoberjerin təmsil etdiyi nümayəndə heyyətinin iştirakı ilə Fransa-Azərbaycan Universitetinin (UFAZ)yeni tədris binasının açılışı olmuşdur.

UFAZ layihəsi rəsmi olaraq Fransa və Azərbaycan prezidentlərinin birgə təşəbbüsündən yaranmış və UNİSTRA ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetləri arasındakı tərəfdaşlıq əsasında ərsəyə gəlmişdir.

Artıq şəhərin mərkəzi hissəsində 4500m2-lik yeni təmir olunmuş tarixi binada yerləşən UFAZ 300-ə yaxın tələbəyə yüksək səviyyəli təhsil imkanları təklif edir. İlk iki buraxılış tələbələrinə fransız dili öyrədilməklə yanaşı bütün dərslərin tədrisi ingilis dilində aparılır. Tələbələr eyni zamanda UNİSTRA və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə adını daşıyırlar.

Tələbələr hər il müsabiqə yolu ilə seçilirlər və münsiflər heyyəti UNİSRTA müəllimlərindən ibarətdir.

UFAZ ölkənin iqtisadi inkişafının dörd əsas istiqaməti üzrə bakalavr pilləsində təhsil imkanları təklif edir : kompyuter elmləri, geofizika, kimya mühəndisliyi, neft kəşfiyyatı və istismarı mühəndisliyi (bu ixtisas Ren 1 Universiteti ilə əməkdaşlıq əsasında həyata keçirilir)

Daha ətraflı məlumat üçün Fransa səfirliyi sizi UFAZ-ın facebook səhifəsini diqqətdən keçirməyə dəvət edir https://www.facebook.com/ufaz.university internet ünvanı www.ufaz.az

publie le 09/10/2017

hautdepage