UFAZ-ın TensorScience Komandası GNSS Avropa Agentliyinin mükafatına layiq görülmüşdür

ActİnSpace Azərbaycan müsabiqəsinin II yerini qazanmış UFAZ-ın TensorScience komandası 27 iyun 2018-ci il tarixində GSA Geekie Award 2018 mükafatına layiq görülmüşdülər!

GSA mükafatı komandanın 5 üzvünə 3-6 dekabr 2018-ci il tarixində Marseldə keçiriləcək, GNSS (Global Navigation Satellite System) mütəxəssislərinin toplandığı Avropa kosmik həftəsində iştirak etmək imkanı verir.

GSA GNSS-ın Avropa agentliyi olmaqla, 2018-ci ildə ilk dəfə Azərbaycanda, UFAZ-da təşkil olunmuş hackaton ActİnSpace beynəlxalq müsabiqəsinin sponsor və tərəfdaşlarından biridir.

UFAZ-ın 5 nəfərdən ibarət qalib komandası Geospinner aplikasiyasını ilk dəfə Fransada təqdim etmək üçün unikal imkana sahib olacaqlar : Geospinner məşhur Geocaching qaydalarına əsaslanan, innovativ Galileo geolokasiya texnologiyalarının istifadə olunduğu əyləncəli məhsuldur. Galileo istifadəçilərə digər geolokasiya sitemlərinə nisbətən daha dəqiq yerləşmə mövqeyi ilə bağlı məlumat verir. Layihənin əsas xüsusiyyətlərində biri Geocaches- obeyktlərin axtarışına xüsusi yanaşmadır.

Apliakasiya barəsində daha ətraflı məlumat almaq üçün TensorScience komandasının hazırladığı videoya baxa bilərsiz: https://www.youtube.com/watch?v=8yldxE_jxUw

TensorScience komandasının qələbəsi 27 iyun tarixində Tuluzda (Fransa) keçirilən ActInSpace Beynəlxalq Finalında rəsmən elan olunmuşdur.

JPEG

publié le 03/07/2018

haut de la page