UFAZ-ın 40 tələbəsi Strasburqda təşkil olunan Yay Məktəbində iştirak edirlər. [fr]

Azərbaycan-Fransız Unievrsitetinin (UFAZ) 40 ən yaxşı tələbəsi 30 iyun-15 iyul tarixlərində Fransanın Strasburq şəhərində artıq ikinci il təşkil edilən və UFAZ tərəfindən maliyyələşən iki həftəlik Yay Məktəbində iştirak edirlər.

UFAZ Yay Məktəbi universitetin 40 ən yaxşı akademik nəticə göstərmiş tələbələri üçün Fransa haqqında, onun dili və mədəniyyəti ilə tanış olmaq üçün təqdim etdiyi unikal və müstəsna imkandır.

Yay Məktəbi proqramına gündəlik Fransız dərsləri, eləcə də universitetin elmi laboratoriyalarında praktik dərslər daxildir. Fransaya bu səfər həmçinin özündə mədəni və tarixi fəaliyyətləri, o cümlədən qədim Strasburq şəhərinə və onun kilsəsinə, həmçinin Avropa qurumlarına (Avropa Şurası və Avropa Parlamenti) səyahətlərini birləşdirir.

Eyni zamanda Strasburq Universitetinin tələbə statusunu daşıyan UFAZ tələbələrinin Strasburq Universitetinin Prezidenti Michel Deneken tərəfindən qəbul ediləcəklər.

JPEG

publie le 09/07/2018

hautdepage