UFAZ-da Frankofoniya bayramı

Aprelin 25-də Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələri Landmark otelinin Rotunda zalında Frankofoniya bayramı münasibətilə « .... Tarixçəni dinləyin” adlı konsert proqramı keçirib.

Aprelin 25-də Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələri Landmark otelinin Rotunda zalında Frankofoniya bayramı münasibətilə « .... Tarixçəni dinləyin” adlı konsert proqramı keçirib.

Tədbirdə, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş, “Millennium” layihəsinin Azərbaycan bölməsinin sədri Reyhan Hüseynova, Belçika, Rumıniya səfirliklərinin nümayəndələri, həmçinin İqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov, eləcə də, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu iştirak edib.

Tədbirə UFAZ-ın Heyvanlara Qayğı Klubunun sərgisi ilə start verilib və « UFAZ Drama Klub » tələbələrinin hazırladığı frankofon mahnılardan ibarət konsert proqramı ilə davam edib. Qeyd edək ki, tədbir Bakcell, Landmark Hotel Baku və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının sponsorluğu, ADO Teatr Klubu, “One-Man Orchestra Filigan” və Bakı Fransız liseyinin əməkdaşlığı ilə baş tutub.

Ambassadrice de France en Azerbaïdjan Aurélia Bouchez
Francophonie à l'UFAZ
Ambassadrice de France Aurélia Bouchez et Mustafa Babanli, recteur de l'Université du pétrole et et de l'Industrie
Francophonie à l'UFAZ
Francophonie à l'UFAZ
Francophonie à l'UFAZ

publie le 18/05/2018

hautdepage