UFAZ-a dəstək çərçivəsində, Fransa höküməti təqaüdçüsü iki doktorantın seçilməsi

Çərşənbə axşamı 5 noyabr 2019-cu il tarixində Fransanın Azərbaycandakı Səfiri cənab Zakari QROS, Fransa Hökümətinin təqaüdçüsü seçilən iki tələbəni qəbul etmişdir. Onlar, 3 il müddətinə Strasbourg Universitetində doktorantura təhsili alacaqlar. Birinci tələbə proses mühəndisliyi, ikinci tələbə isə molekulyar kimya üzrə doktorantura oxuyacaqlar.

Bu iki tələbə Strasbourg Universiteti, Fransız-Azərbaycan Universiteti UFAZ və Fransa Səfirliyi arasında olan tərəfdaşlıq çərçivəsində seçilmişdir. Fransa tərəfindən bu təqaüdlərin verilməsi 2020-2021-ci illərdə magistr səviyyələrinin başlanması perspektivi üçün, UFAZ-ın tədqiqat fəaliyyətinin inkişafına dəstəyin bir hissəsidir.

JPEG

publié le 08/11/2019

haut de la page