Tyeri Fremonun « Lumyer, macəra başlayır »

Cümə axşamı 2 noyabr 2017-ci il Tyeri Fremonun « Lumyer, macəra başlayır » filminin nümayişi ilə Bakıda 8-ci avropa film festivalının açılışı olmuşdur.

Film 19-cu əsrin sonlarında Lumyer qardaşlarının lentə aldığı 50 saniyəlik qısa filmlərin arxivdən toplanmış materialları əsasında çəkilib və 1997-ci ildən Lyon Lumiyer İnstitutunun direktoru və Kann kino festivalının baş direktoru Tyeri Fremo tərəfindən səsləndirilir.

Filmin nümayişi çoxsaylı publikanın həmçinin Avropa Birliyi Nümayəndəliyinin Səfiri Kestutis Jankuskas və Fransa Səfirliyinin birinci Müşaviri Fabien Dru-Lozinskinin iştiraki ilə baş tutmuşdur

publie le 13/11/2017

hautdepage