Tvinninq layihəsinin başlanması : Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək

Çərşənbə axşamı 25 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Təhsil Naziri cənab Ceyhun Bayramov, Avropa Tvinninq layihəsi olan Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək layihəsinin açılış mərasimində iştirak etdi. Mərasimdə həmçinin Litva və Latviya Respublikalarının səfirləri, Avropa Birliyinin nümayəndəsi və Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri də iştirak etdilər.

Fransa adından Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi tərəfindən (http://www.ciep.fr/) idarə olunan bu tvinninq layihəsi, Azərbaycanın ali təhsil sisteminin islahatını müşayiət etmək məqsədi daşıyır.

Tədbirdə 22 Azərbaycan universiteti, İqtisadiyyat Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi, Elmlər Akademiyası, yerli şirkətlər, tələbə birlikləri və yerli media iştirak etdi.

https://edu.gov.az/en/page/9/15480

publié le 01/10/2018

haut de la page