Turizm- Lyon “Avropanin ən yaxşi həftə sonu məkani” seçilmişdir (4 sentyabr 2016)

Paris, 5 sentyabr 2016

Fransa Xarici İşlər və Beynəlxalq inkişaf naziri Cənab Jan-Mark Ayronun Bəyanati

Turizm- Lyon “Avropanin ən yaxşi həftə sonu məkani” seçilmişdir (4 sentyabr 2016)

"World Travel Awards"-un münsif heyyətinin Lyonu 4 sentyabr tarixində “Avropanın ən yaxşı həftə sonu məkanı” təyin etməsi təşəbbüsünü salamlayıram.

Lyon şəhəri hər il 5,5 milyon nəfər səyahətçi qəbul edir və bu son on illə müqayisədə 2 milyon nəfər artım deməkdir. 2016-cı ilin ilk yeddi ayının göstəricisinə əsasən lyon otellərinin məşqulluq faizi 65%-ə qədər artmışdır.

Bu göstərici dövlət dəstəyi ilə yanaşı, Lyon şəhərinin və mütəxəssislərinin yürütdüyü könüllü siyasətin nəticəsidir. Qədim-Lyonun 1988-ci ildə YUNESKO-nun Dünya Maddi İrs Siyahısına qeydə alınmasından sonra, qonaqlara göstərilən diqqətli xidmət, xüsusən yüksək standartlı otel xidmətlərinin təklifi, həmçinin şəhərin səyahət məkanı olaraq təbliğ edilməsi Lyonun bugün turizmdə əldə etdiyi uğurun açarıdır. Xüsusilə, turzim və qastranomiyanın inkişafı strategiyasının təyin edilməsi məqsədi ilə 2014-cü ildə Dövlətlə imzalanmış “Only Lyon” müqaviləsinin aktuallığını qeyd edərdim.

Bu səylər milli müstəvidə prioritetlərin təyin edilməsi məqsədi ilə düşünülmüşdür və rəqəmsal sistem, xidmət, təlim və investisiya kimi sahələri əhatə edir. Qeyd edilən məsələlərin həyata keçirilməsi ilə əlaqədar payızda hesabat xarakterli ikinci illik turizm konfransını tolpamağı düşünürəm.

PNG

publie le 09/09/2016

hautdepage