Total-Abşeron, Paşa Bank və Fransanın Azərbaycandakı Səfirliyinin UFAZ-a (Fransız-Azərbaycan Universiteti) dəstəyi [fr]

Total-Abşeron, Paşa Bank və Fransanın Azərbaycandakı Səfirliyi, 15 yanvar tarixində UFAZ-da təşkil olunan mərasim zamanı, bu universitet və onun tələbələrin xeyrinə dəstək proqramı həyata keçirməyi öhdələrinə götürdülər.

Bu proqramlar, UFAZ ilə iki özəl şirkət arasında müxtəlif, xüsusən aşağıdakı fəaliyyətləri planlaşdıran tərəfdaşlıq yaratmağı hədəfləyir:

- tələbələr üçün şirkətlərdə təcrübə keçmək;

- ən yaxşı tələbələr üçün təqaüd;

- şirkət rəhbərləri tərəfindən verilən tədris modulları;

- maliyyələşdirilən və ya birgə tədqiqat layihələri;

- tədqiqat avadanlıqlarının alınmasında köməklik.

Bu məqsədlə UFAZ və iki şirkət arasında iki anlaşma memorandumu imzalanmışdır.

Üçüncü memorandum , TOTAL-Abşeron və Fransa səfirliyi arasında imzalanmışdır. Bu memorandum, əksəriyyəti UFAZ-da bakalavr təhsili alan, təqribən on nəfər gələcək məzuna, 2020-2021-ci tədris illərində magistratura təhsillərini Fransanın nüfuzlu universitet və elmi məktəblərində davam etdirmələri üçün Total və Səfirlik tərəfindən ayrılan təqaüdlərin verilməsini hədəfləyir. Bu tələbələr müxtəlif sahələrdə : geologiya, kimya mühəndisliyi, neft mühəndisliyi, kompüter elmləri və s. üzrə təhsil ala biləcəklər.

Bu, Qafqazda imzalanmış ilk TOTAL - Quai d’Orsay Müəssisəsi müqaviləsidir. Müvafiq tələbələr Fransa hökumətinin təqaüd statusundan faydalanacaqlar. Bunun üçün, DELF və ya TCF sertifikatı ilə təsdiqlənmiş minimum B1 fransız dili səviyyəsinə malik olmalıdırlar. Bu şərtlər həmçinin ingilisdilli təhsilə üstünlük verənlər tələbələrə də şamil olunur (frankofon bölmələri üçün B2 səviyyəsi).

Üç memorandum, Fransanın Azərbaycandakı səfiri Zakari QROS, UFAZ adından Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa BABANLI və Strasburq Universitetinin prezidenti Mişel DENEKEN, Total-Abşeron şirkərinin baş direktoru Regis AGUT, Paşa Bankın prezidenti Taleh KAZIMOV tərəfindən imzalandı.

publié le 17/02/2020

haut de la page