Toma Peske (Thomas Pesquet), kosmosda xüsusi müxbir sənədli filmi (12-20 oktyabr)

12-20 oktyabr tarixində keçiriləcək Avro Tolerantlıq anlayışını təsəvvür et Festivalı çərçivəsində nümayişi nəzərdə tutulan Toma Peske (Thomas Pesquet), kosmosda xüsusi müxbir sənədli filmi.

PNG

Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin təşəbbüskarlığı ilə təşkil olunan Avro Tolerantlıq anlayışını təsəvvür et Festivalı çərçivəsində, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu ( Institut Français) tərəfindən təqdim olunan Jürqen Xansen (Jürgen Hansen) və Pyer Emmanüel Lö Qofun (Pierre-Emmanuel Le Goff ) Toma Peske (Thomas Pesquet), kosmosda xüsusi müxbir sənədli filmi.

Beynəlxalq Kosmik Stansiyada Toma Peskenin keçdiyi 6 aylıq tapşırıq uşaqlıq arzusu idi. 2016-cı ilin noyabr ayında arzusunu həyata keçirmək ona nəsib oldu. Həmkarları Peqi Vitson və Oleq Novitskiylə çiyin-çiyinə apardığı 7 illik hazırlıq unudulmaz həyat macərası ilə nəticələndi. O, bizi kosmosda keçirdiyi gündəlik həyatı və olduqca maraqlı tanışlıqlarını (Tedi Rayner, Tieri Marks, Fransua Oland) kəşf etməyə dəvət edir. Toma Peskenin keçirdiyi elmi təcrübələri və həyəcanla yaşadığı müstəsna anlardakı hisslərini izləmək həvəs vericidir. Belə ki, Soyuz kosmik aparatının uçuşu, stansiyaya çatışı, onun apparatının kabinə fənərinnən Yeri seyr etməsi və kosmik boşluğa ilk çıxışı hallarını bu sənədli filmdə görə bilərsiniz. Bu sənədli filmdə peşəkar və məsləyini səvən, stresə dözümlülük xüsussiyyətinə görə seçilən və qeyri adi xarakter sahibi olan gənc astronavt Toma Peskenin həyat macərasını izləmək mümkündür.

Jürqen Xansen (Jürgen Hansen) və Pyer Emmanüel Lö Qofun (Pierre-Emmanuel Le Goff ), Toma Peske (Thomas Pesquet), kosmosda xüsusi müxbir filmi.
Sənədli film/2017/60 dəq./Fransa
Film fransızca, ingilis alt yazıları ilə nümayiş olunacaq

publie le 05/09/2017

hautdepage