Toma Peske "Kosmik elçi". 17 oktyabr 2017-ci il

İmagine Euro Tolerence film festivalı çərçivəsində Azərbaycandakı Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi 17 oktyabr tarixində Landmark Cinema-da Jürqen Hansenin və Pyer Emanuel Lö Qofun « Toma Peske, kosmik elçi » sənədli filmini təqdim etmişdir.

Toma Peske kosmik məkana uçan sayca onuncu fransız kosmonavtdır. O, 17 noyabr 2016-cı il tarixində Soyuz MS-03 gəmisi ilə kosmik məkana uçaraq 6 ay müddətində Beynəlxalq Kosmik Stansiyada(ISS) qalmış və bu müddət ərzində Avropa Kosmik Agentliyi CNES və NASA üçün elmi təcrübələr həyata keçirmişdir.

Filmin təqdimatında, Fransa səfiri Oreliya Buşez Tomas Peskenin yaşadığı kosmik macəra ilə Avropa sənədli film festivalının ilk buraxılış mövzusu- tolerantlıq mövzuları arasındakı əlaqəyə toxunmuşdur.

publie le 02/11/2017

hautdepage