Mart ayının resepti: Tart Taten (Fransız alma piroqu) [fr]
Bu ay sizə Tart Taten-in ən yaxşı reseptini təqdim edirik ! Bu resept 1880-ci illərdə Solon-un Lamotte-Beuvrondakı Stefani (1838-1917) və Karolin (1847-1911) Taten bacılarının otelində icad edilmişdir.
Resepti mərhələli şəkildə tətbiq etsəniz, sizdə də dadlı alınacaq.
Ərzaqlar:
8 nəfərlik
Piroq xəmiri
250 qr un
125 qr yumşaldılmış kərə yağı
1 çimdik duz
100 ml su
İçlik hazırlanması
1,5 kq alma (qızıl Əhməd)
200 q şəkər
130 q kərə yağı
Hazırlanması:
1. Piroq xəmirini hazırlayın: yumşaltmaq üçün kərə yağını otaq temperaturuna gətirin. Unu ələkdən keçirin. Duz əlavə edin.
Kərə yağını doğrayıb unun ortasına əlavə edin və xəmir ovulana qədər barmaqlarınızın ucu ilə qarışdırın, sonra suyu əlavə edin.
Bütün ərzaqları sürətlə qarışdırın. Xəmir əllərinizə yapışırsa, bir az daha un əlavə edin. Xəmiri dairə formasına salırsınız və üzərini mətbəx steçi ilə örtüb ən azı 2 saat soyuducuda saxlayırsınız.
2. Almaları soyun, yarısını kəsin və tumlarını çıxardın. Sobanı 180° qədər qızdırın.
Şəkər və kərə yağını bir qazana qoyun və zəif odda karamelize edin.
24 sm diametrdə və 6 sm hündürlükdə bir qəlibə tökün.
Almaları bir-birinə sıx şəkildə, şiş hissələrini yuxarıya doğru düzün. Hər alma arasındakı boşluqları doldurmaq üçün kiçik alma parçaları kəsib əlavə edin.
Yekunda
Piroq xəmirini yarım santimetr qalınlığa qədər oxlovla açırsınız, dairəvi şəkildə kəsirsiniz və almaları üzərinə düzürsünüz. Almaların tamamilə örtülməsi üçün xəmirin kənarlarını barmaqla sıxıb bir-birinə yapışdırın.
Çəngəl ilə bir neçə dəfə üzərinə vurun və təxminən 40 dəqiqə ərzində (sobadan asılı olaraq) xəmir bişənə qədər sobada saxlayın.
Bir neçə dəqiqə soyumağa qoyun və sonra formadan çıxardın. Bir qaşıq qaymaqla və ya vanilli dondurma ilə təqdim edin.
Nuş olsun!