Strasburq Universitetinin tələbə biletlərinin təqdim olunması

27 oktyabr 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi keçirlib.

UFAZ-ın bu il yeni qəbul olunmuş 148 birinci kurs tələbəsi keçən ilki tələbələr kimi Strasburq Universitetində qeydiyyatdan keçmiş və Universitetin tələbə kartlarına yiyələnmiş və eyni zamanda Strasburqda təhsil alan digər tələbələr kimi eyni statusa malik oldular.

Tədbirdə Fransa Respublikasının Azərbaycandakı Səfiri xanım Orelia Buşez, ADNSU-nun Rektoru, professor Mustafa Babanlı və Strasburq Universitetinin kimya fakültəsinin Direktoru və UFAZ-ın Elm Komitəsinin üzvü Jan-Mark Planeks də iştirak edib.

Mərasimin ikinci hissəsində təşrif buyurmuş qonaqlar UFAZ tələbələrinin foto və rəsmlərindən ibarət fotosərgisini tamaşa ediblər.

publie le 07/11/2017

hautdepage