Strasburq Universitetin nümayəndə heyətinin Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri ilə görüşü (Bakı, 15 yanvar 2020) [fr]

15 yanvar tarixində, Fransanın Azərbaycandakı Səfiri cənab Zakari Qrosun müşaiyət etdiyi və cənab Prezident Mişel Denekenin rəhbərlik etdiyi Strasburq Universitetinin (UNİSTRA) nümayəndə heyəti Milli Elmlər Akdemiyasının Prezidenti cənab Ramiz Mehdiyev ilə görüşüb.

Görüş zamanı, iki qurum arasında elmi əməkdaşlıq perspektivləri barədə danışıldı. Xüsusən, Fransa tərəfdən UNISTRA-nın meyar universitet olan UFAZ-ın (Fransız-Azərbaycan Universiteti) fəaliyyəti ilə əlaqəli sahələrdə - coğrafiya, kompüter elmləri, neft və qaz mühəndisliyi, kimya mühəndisliyi sahələrində, eləcə də, humanitar elmlər, elm və şərq dilləri sahəsində (UNISTRA-da Türk Araşdırmaları İnstitutu var) mümkün əməkdaşlıq layihələri müzakirə olundu.

Bu görüş, “Mükəmməl Universitet” etiketinə sahib olan UNISTRA-da (5 Nobel mükafatı, Kuantum Elmləri Mərkəzinin layihəsi) elmi tədqiqat işlərinin mükəmməlliyini vurğulamağa imkan verdi.

publié le 31/01/2020

haut de la page