Strasburq Universitetinin nümayəndə heyətinin Təhsil Naziri cənab Ceyhun Bayramovla görüşü [fr]

15 yanvar tarixində,Fransanın Azərbaycandakı Səfiri cənab Zakari Qrosun müşaiyət etdiyi və cənab Prezident Mişel Denekenin rəhbərlik etdiyi Strasburq Universitetinin (UNİSTRA) nümayəndə heyətiTəhsil Naziri cənab Ceyhun Bayramovla görüşüb.

Cənab Nazir, UFAZ-ın (Fransız-Azərbaycan Universiteti) inkişafında təhsil nazirliyinin tam dəstəyini təsdiqlədi. Xüsusən, bu dəstək UFAZ-a 2020-2021 tədris ilinin başlanğıcından başlayaraq magistr səviyyəsində proqramları təmin etmək üçün əlavə büdcə vəsaiti verməklə özünü sübut edir. Cənab Nazir həmçinin, UFAZ-da doktorantura təhsilinin yaranması arzusunu da qeyd etdi. Bununla əlaqədar, UNISTRA-nın Prezidenti, mühəndis-tədqiqatçılara birbaşa təlim verən Fransız təhsil sisteminin üstünlüyünü vurğuladı, halbuki, başqa təhsil müəssisələrində çox vaxt bu iki bölmə bir-birindən ayrılır.

Cənab Səfir fransız dilinin tədrisinə göstərdiyi daim dəstəyə görə Cənab Nazirə təşəkkür etdi və yazda Frankofoniya mövsümü zamanı, Azərbaycanda Frankofoniya Birliyini birgə təşkil etmək fürsətini diqqətə çatdırıb.

publié le 17/02/2020

haut de la page