Sonanın Avropa könüllülük missiyası-gənc Azərbaycanlı Fransada

Naxçıvan şəhər sakini 22 yaşlı Xanım Sona İBRAHİMLİ 2017-ci il 1 sentyabr tarixindən 10 ay müddətini əhatə edən avropa könüllülük missiyasını (SVE) Sablé-sur-Sarthe şəhərinin meriyasında həyata keçirir.

Avropa komissiyası tərəfindən irəli sürülən, « Erasmus+ » agentliyi tərəfindən maliyyələşdirilən bu proqram gənclərin mobilliyinə xidmət edir. Proqram azərbaycanlı gənclərə 2-12 ay müddətinədək fransız assosiasiyaları,QHT-ləri və meriyaları nəzdində peşəkar təcrübə keçmək imkanları yaradır.

Avropa könüllülük missiyası çərçivəsində Sona « İctimai fəaliyyət Mərkəzi Kommunası » və kitabxana nəzdində məsuliyyətili missiyalarını həyata keçirir. Könüllülük vəzifəsinin əsəs mövzusu « Mədəniyyətlər və Nəsillərarası Animasiya »dır. Bu strukturlar nəzdində Sona yerli əhaliyə yeni mədəni biliklər paylaşmaqla öz tövhəsini verir. Bu missiya Sonaya yeni texnoloji biliklər əldə etməkdə, müxtəlif kitablarla animasiya bacarıqlarını artırmaqda və yaradıcılıq sahəsində biliklərə yiyələnməkdə yardımçı olacaq.

Fransanın Azərbaycandakı Səfirliyi öz təşəbbüsü ilə bu missiyanı həyata keçirən gənc azərbaycanlı xanımı dəstəkləyir. Sona 2018-2019 tədris ilində Fransada magistratura təhsili almağı düşündüyünü bildirir.

Əgər siz də Fransada Avropa Könüllülük Missiyası ilə maraqlanırsızsa bununla bağlı bütün gərəkli məlumatları qeyd edilən internet səhifəsindən https://www.france-volontaires.org/-Service-Volontaire-Europeen-SVE-.html həmçinin mədəniyyət və əməkdaşlıq şöbəsi ilə növbəti email vasitəsilə əlaqə saxlaya bilərsiz maureen.raab@diplomatie.gouv.fr

publie le 15/05/2018

hautdepage