Senatorlardan ibarət nümayəndə heyətinin Bakıya səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da, Fransanın Azərbaycandakı səfiri cənab Zakari Grosu, Ardeş departamentinin senatoru, Gürcüstan üzrə sədr müavini Jak Genesti və Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Kot-Dor departamentinin senatoru Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı siyasi əlaqələr və yüksək səviyyəli çarpaz səfərlər, habelə ikitərəfli əməkdaşlığın bir sıra sahələri qeyd edildi. Nümayəndə heyəti Milli Məclisin sədri cənab Oktay Əsədovla da görüşdü. Fikir mübadiləsi zamanı Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulandı.

Daha ətraflı : https://bit.ly/2oRZYAr; https://bit.ly/2oTQ6Gx

Foto - Azərtaj

publié le 11/10/2019

haut de la page