Şaxta baba AFİ-yə 3 dəfə gəldi [fr]

Bazar ertəsi 12 dekabr, Fransada təhsil almış Azərbaycanlı tələbələrin ilk görüşü baş tutdu. Milad bayramından bir gün öncə, Campus France və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunmuş bu tədbirin əsas məqsədi, 2017-ci ildə, Fransada təhsil almış tələbələrdən ibarət bir təşkilatın yaradılacağını elan etmək idi.

JPEG

Çərşənbə günü 13 dekabr, FLAM-ın (Bakıda Ana Dili Fransız Dili Olanların Təhsil Mərkəzi) Milad bayramı qeyd olundu. Balaca fransız dillilər, öz ailələri üçün şeir deyib, mahnı oxuyub, Milad nağılları danışdılar.

Çərşənbə günü, AFİ-nin müəllim və tələbə heyəti üçün Milad Bayramı keçirildi. Kiçik cinema zalımızda məhşur fransız komediyası « Le père Noël est une ordure » (Şaxta baba zibildir) nümayiş olunduğu müddətdə, 200 nəfərə yaxın qonağımız Paris Bistrot tərəfindən bizə göndərilən şokoladlı Milad şirniyyatının və başqa təamların dadına baxdı. Az qala rəqs meydançasına çevrilən mediatekada isə Fransızdilli musiqi qrupu Les Gamins öz müassir repertuarı ilə hamını feyziab edirdi.

Belə gözəl axşamları bizim ilə paylaşdığınız üçün hər kəsə dərin minnətdarlığımızı bildiririk.
Hələlik !

publie le 13/02/2017

hautdepage