Samir Şərifovla görüş

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov mayın 27-də Fransanın Avropa və Xarici Işlər naziri Jan-İv Lö Drian ilə görüşüb. Samir Şərifov qonağa Prezident İlham Əliyevin rəhbərliyi altında başlanılmış iqtisadi islahatlar barədə məlumat verdi.

Jan-İv Lö Drian isə öz növbəsində iqtisadiyyat sahəsində çoxsaylı ikitərəfli əməkdaşlıq imkanların olduğunu bildirdi və Prezident İlham Əliyevin 2018-ci ilin iyul ayında Parisə baş tutacaq səfəri öncəsi Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti toplantısının keçirilməsinin nəzərdə tutulması təklifini irəli sürdü.

JPEG - 138.1 ko
Photo/ © Azertac.

publié le 29/05/2018

haut de la page