SUEZ şirkətinin Azərsu ASC üçün texniki yardım layihəsinin bağlanış mərasimi

13 noyabr tarixində Fransanın Azərbaycandakı Səfiri xanım Oreliya Buşez Azərsu ASC-nin inzibati binasında SUEZ şirkətinin texniki yardım layihəsinin bağlanış mərasimində iştirak etmişdir.

Fransa hökumətinin 700 000 avroluq FASEP qrantı hesabına su və tullantıların idarə olunmasında dünya liderlərindən biri hesab edilən fransız şirkəti SUEZ tərəfindən həyata keçirilən bu layihə iki hissədən ibarətdir.

Layihənin birinci hissəsi Azərsu ASC-nin su paylayıcı sistemində mövcud olan su itkilərinin azaldılmasını nəzərdə tutur. SUEZ tərəfindən Bakı ətrafında pilot zona olaraq seçilmiş ərazidə bu sahədə aparılan müşahidələr gələcəkdə əhəmiyyətli qənaət və yeni texnologiyaların ötürülməsini nəzərdə tutmaqla müsbət nəticələr əldə etməyə imkan vermişdir.

Layihənin ikinci hissəsi Bakının Hövsan ərazisindəki su təmizləyici qurğuda yaranan lildən yenidən səmərəli şəkildə istifadə olunması üçün həllər təklif edir. Bu istiqamətdə SUEZin tədqiqatları bir neçə həllərin müəyyən edilməsinə imkan vermişdir ki, bunlardan da ən perspektivlisi lildən üzvi gübrə istehsal etməyi nəzərdə tutur. Bu seçim eyni zamanda Bakı şəhərinin çoxsaylı parklarına göstərilən texniki qulluq zamanı meydana gələn ağac qırıntılarının bu uzvi gübrələrin istehsalı zamanı təkrar emal olunmasına şərait yaradacaq. İqtisadi cəhətdən əlverişli olan bu həll həmçinin Bakı regionunda sirkulyar (qapalı dövrə) iqtisadiyyatına doğru atılan ilk addım olardı.

JPEG

publié le 11/12/2018

haut de la page