Sənt-Etien-dü-Ruvredə silahlı basqın – Respublika Prezidenti Cənab Fransua Ollandın bəyanatı

Sənt-Etien-dü-Ruvre – 2016-cı il 26 iyul, çərşənbə axşamı

Mən bütün millətin həmrəyliyini Sənt-Etien-dü-Ruvre kommunasına bildirmək üçün Daxili İşlər Naziri ilə gəlmişəm. İŞID-dan olduqları bildirilən iki terrorist tərəfindən bu ərazidəki kilsə keşişinin qəddarlıqla qətlə yetirilməsindən dəhşətli dərəcədə sarsılmış ərazi meri də yanımdadır. Mən keşişin ailəsi ilə görüşdüm, həmçinin girov saxlanmış şəxslərlə də danışdım, onlar ağrı və kədər hisslərini bölüşdülər, eləcə də nələrin baş verə biləcəyini təsəvvür etdiklərini bildirdilər.

Bu gəlişimizlə biz həm də təhlükəsizlik qüvvələrinə və polislərə öz dəstəyimizi bildirmək istəyirik, onlar daha ağır nəticənin qarşısını almaq üçün dərhal və qısa bir zaman ərzində çevikliklə hərəkətə keçmiş və girov götürülmüş şəxsləri azad etmişlər.
Mən həmçinin yardımçı xidmətlərə, yanğınsöndürənlərə və SAMÜ (təcili tibbi yardım xidməti) personalına da təşəkkür etmək istərdim, onlar da burada çox çevik çalışaraq bir nəfər daha çox ağır və bir nəfər yüngül yaralını təxliyyə etmişlər, və mən ümid edirəm ki, onların həyatını xilas etmək mümkün olacaqdır.

Biz daha bir sınaqla üzləşmişik, çünki təhlükə çox böyükdir. O, bizim son günlərdə və hətta son illərdə yaşadıqlarımızdan sonra çox yüksək şəkildə qalmaqdadır. Biz, bizə müharibə elan etmiş bir qrupla, İŞID-la üz-üzəyik. Biz bu müharibəni bütün vasitələrlə, hüquqa hörmət etməklə, demokratik ölkə olduğumuzu göstərməklə etməliyik.
Bu terroristlərin etmək istədiyi bizi ayırmaqdır. Bu gün, bu keşişin ölümündən sonra mənim bütün Fransa katoliklərinə bir sözüm var. Mən onlara bir dəstək bildirmək istəyirəm.

Bu axşam mən Normandiyanın əhaliyə müraciət edəcək baş keşişini-yepiskopu qəbul edəcəyəm. Sabah mən bütün din nümayəndələrini qəbul edəcəyəm, çünki biz birlikdə olmalıyıq. Bu hücum katoliklərə edilmişdir, amma bütün fransızlar bu qəsdin onların hamısına qarşı edildiyini hesab edirlər. Buna görə də biz birlikdə, bir blokda, həmrəy olmalıyıq ki, heç kim bizi ayıra bilməsin.

Antiterror prokurorluğu bu hadisə ilə bağlı istintaq aparır. O, bütün məlumatları verəcəkdir. Prokuror öz bildiklərini, ehtiyac olarsa, deyə biləcəkdir, amma biz bu gün nəticə çıxarmalıyıq ki, əgər biz terrorçuları durdurmasaq, onlar bu terror hadisələrini davam etdirəcəklər. Onları durdurmaq bizim istəyimizdir, bu, bizim yorulmadan apardığımız mübarizədir. Bu bizim bu yaxınlarda qanunla, mümkün vasitələrlə, gücümüzün nümayiş etdirilməsi ilə həyata keçirə bildiklərimizdir. Fransızlar bilməlidirlər ki, onlar təhdid edilirlər, amma tək bir ölkə yox, Almaniya da, digər ölkələr də təhdid edilirlər, amma bu ölkələrin gücü onların birliyindədir. Təşəkkür edirəm.

publie le 16/09/2016

hautdepage