Birinci Fransız-Azərbaycan İş və Karyera Salonunu

Şənbə, 15 aprel 2017-ci il Fransanın Azərbaycandakı Səfirliyi, Campus France Azərbaycan və Azərbaycandakı Fransız İnstitutunun birgə əməkdaşlığı ilə Birinci Fransız-Azərbaycan İş və Karyera Salonunu təşkil etmişdir.

Azərbaycan Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universiteti (UFAZ) Bakıda keçirilən bu unikal tədbirin ən yaxşı şərtlər daxilində təşkil edilməsi üçün öz imkanlarını təklif etmişdir.

Bu tədbirin əsəs məqsədləri:

- Fransız və azərbaycan şirkətlərinə Fransada təhsil almış azərbaycanlı məzunlar ilə (Alumnis) görüş imkanları yaradaraq işə qəbul imkanları təklif etmək;

- Fransada təhsil almış azərbaycanlı məzunlara iş axtarışında və peşəkar fəaliyyətə başlamaqda dəstək olmaq;

- Fransız və azərbaycan şirkətlərinə Fransada təhsil almış azərbaycanlı məzunların şəbəkəsini və France Alumni Azərbaycan internet saytının təqdim edilməsi.

Fransanın Azərbaycandakı Səfirliyi müxtəlif biznes auditoriyası qarşısında gələcək azərbaycanlı kadrların hazırlanması və onların işə hazırlığı ətrafında əsas fəaliyyətlərini qeyd edərək,Fransa hökümətinin təqaüd proqramı və şirkətlərlə birgə maliyyə imkanları, France Alumni Azərbaycan internet saytı, Total şirkətinin təqaüd proqramı və UFAZ-ın təqdimatını etmişdir.

Salonda 16 fransız və azərbaycan şirkəti iştirak etmiş və 50-dən çox məzun tədbir zamanı şirkətlərin kadr hazırlığı nümayəndələri ilə görüşmüşdür.

Tədbirin sonunda Campus France Azərbaycan və Azərbaycandakı Fransız İnstitutu tərəfindən kokteyl təşkil edilmişdir. Sponsorlarımızın ( Ladurée, Entrée, Yves Rocher, Paul ) sayəsində təşkil edilmiş lotereya oyununda 6 məzun gözəl hədiyyələr qazanmışdır.

Fransanın Azərbaycandakı Səfirliyi bütün iştirakçılara təşəkkür edərək növbəti il təşkil ediləcək Salonun ikinci buraxılışı üçün görüş təyin edir.

publie le 12/05/2017

hautdepage