Şəkidə təşkil edilən Avropa Şəhərciyində Kolmar şəhəri fəxrlə anıldı

Şənbə günü, 23 sentyabr tarixində Avropa İttifaqının Nümayəndiliyi Şəkidə keçirilən Avropa Şəhərciyi ilə Avropa Avtobus Turuna yekun vurdu. Fransız stendi Elzasın ənənəvi geyimlərdə olan personajların dekorasiyası ilə fərqlənib, Kolmar və Şəki şəhərləri arasındakı dostluğa istinad edərək Elzas regionun zəngin kulinariya nümunələri ilə bəzədilmişdir.
Kolmar şəhəri fransız dilinin birinci xarici dil kimi tədris edildiyi Şəkinin 1 nömrəli məktəbi ilə əməkdaşlığı davam etdirir; Dilimizin öyrənilməsinə maraq oyatmaq üçün 2016-cı ildə Kolmar şəhəri tərəfindən təhsil müəssisəsinə yüzlərlə kitab təqdim edilmiş və bir çox müəllim və tələbələr universitetlər arası mübadilə üçün Kolmara dəvət edilmişdir.

publie le 09/10/2017

hautdepage