Şəkidə keçiriləcək Eurovillage festivalı çərçivəsində Alzas regionu təqdim olunacaq (23 sentyabr)

Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü ilə Birliyə daxil olan 15-ə qədər ölkənin toplandığı və öz mədəniyyətlərini təqdim etdiyi Eurovillage festivalı bu il 23 sentyabr şənbə günü Şəki şəhərində keçiriləcək.

JPEG

Bu tədbirdə Fransanı Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutu (İFA) təmsil edəcək və Şəki ilə Alzas regionunda yerləşən Kolmar şəhəri arasında dostluq qeyd ediləcək.

Festival günü Alzas reqionunun nemətləri tamaşaçılara təqdim olunacaq. Eləcə də Fransa ətrafında maraqlı oyunlar təşkil olunacaqdır. Fransa səfirliyinin nümayəndə heyəti tamaşaçılara Fransada təhsil imkanları və İFA-da təşkil olunan fransız dili kursları ilə də bağlı məlumat verə biləcəklər.

Günün ikinci yarısı Fransa ilə Azərbaycanın dostluğunu əks etdirən personajlar festivala şərəf buyuracaqlar. Bu münasibətlə Şarl dö Qol, dostu Əhmədiyyə Cəbrayılov (Ahmed Michel), Mirzə Fətəli Axundov və Mösyö Jurdanı izləmək şansını əldə edəcəksiniz.

Bununla yanaşı Şəki universitetinin kitabxanasında Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun (İFA) dəstəklədiyi “Avropa kitabları məkanı” –nın açılışı olacaq.

publié le 19/09/2017

haut de la page