Səfirin sözü [fr]

Səfirliyin əziz dostları,

Fransa-Azərbaycan münasibətlərini yenidən başlamağın vaxtıdır.

Fransa, Ermənistan və Gürcüstan kimi Azərbaycanın da hər zaman dostu olub və istisna olmadan, Cənubi Qafqazın bütün dövlətləri ilə sıx münasibətlər qurmaq istəyirik.

Azərbaycan kimi, Fransa dünyəvi, müasir və çoxməzhəbli ölkədir, ateistlər, xristianlar, yəhudilər və müsəlmanlar ehtiramla birlikdə yaşayırlar.

Azərbaycan kimi, Fransa biomüxtəlifliyin qorunub-saxlanması, iqlim dəyişkənliyinə qarşı mübarizə və ümumdünya səhiyyə sahəsində qloballaşmanın əsas cağırışlarına qarşı çıxmaq üçün multikulturalizmə ümid bəsləyir.

Bütün mövzullar üzrə 2021-ci ildə Azərbaycanın səsi açıq və tərəfdaşlıq şəraitində eşidilməsini arzulayıram. Çünki ölkənizin qaz və neft istehsalçısı ölkəsi kimi öhdəliyi var, Xəzər dənizindən Qafqaz dağlarına qədər olan təbiətə görə cavabdehsiniz, çünki ölkəniz hal-hazırda Qoşulmama Hərəkatına sədrlik edir.

Ölkələrimizin sələflərimiz tərəfindən başlanılmış işi davam etdirmək öhdəliyi var. Azərbaycan 1918-ci ildə müstəqillik qazananda Fransa yanında olub. Prezident Fransua Mitteran 1991-ci ildə yeni Azərbaycanı tanıyan ilk dövlət başçıları sırasında idi.

Bu yaxınlarda, 600 azərbaycanlı tələbəni Bakalavr-dan (Licence) Magistr dərəcəsinə qədər hazırlayan Fransa-Azərbaycan Universiteti və eyni zamanda Ağ Şəhərin mərkəzində hamı üçün açıq, dinamik və müasir olan və keyfiyyətli tədris bəxş edən Bakı Fransız Liseyi kimi birlikdə böyük layihələr həyata keçirdik.

Bu səbəbdən münasibətlərimizə mane olan son gərginlik məni qane etmir. Onları geridə qoymalıyıq. Bu gün hələ də şübhə edənlər sabah dialoq və əməkdaşlığı yeniləyə bildikləri üçün siyasi liderlərimizə təşəkkür edəcəklər.

Arzuladığım fəallaşma təkcə iki ölkələrimiz üçün deyil, həmçinin Avropa və Qafqaz, hər kəs üçün vacibdir.

1957-ci ildən etibarən, Fransa bütün gücünü və əqidəsini Avropa layihəsinə sərf edib və bundan məmnundur, çünki Avropa İttifaqı parlaq tarixi uğur qazanıb. Bu səbəbdən, Fransanın Azərbaycandakı səfiri kimi ən əziz istəklərimdən biri də yeni əməkdaşlıq razılaşması ilə Avropa İttifaqı ilə Azərbaycan öz tərəfdaşlıqlarını yeniləsin və möhkəmləndirsin.

9 noyabr razılaşması Cənubi Qafqazın tarixində yeni səhifə qurmağa imkan verməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin keçən il dekabr ayında Bakıya səfəri həssas siyasi məsələlərlə bağlı dialoqu yenidən qurmaq üçün vacib idi. Bu baxımdan ən təcili olan, humanitar sahədə gözləntiləri qarşılamaqdır. Bundan savayı bölgənin təcrid olunmamasını və regional iqtisadi inkişafa çalışmalıyıq.

Ancaq yenə də iddialı olmalıyıq. Bu gün, Dö Qol və Adenauer-in Fransa ilə Almaniya arasında barışıq qurduğu kimi, Azərbaycan ilə Ermənistan arasında bir barışığa nail olmalıyıq.

publié le 18/01/2021

haut de la page