Səfirin Naxçıvana səfəri (18-19 may) [fr]

18-19 may tarixlərində, Fransanın Azərbaycandakı səfiri Zakari Qros Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Onu, iqtisadi məsələlər üzrə müşavir Lui Tuloğj, Fransız İnstitutunun direktor müavini Jonatan Unlu, və Universitet və Təhsil əməkdaşlıq üzrə attaşe Klemans Felipo müşayiət ediblər.

Fransanın Azərbaycandakı səfiri Zakari Qrosu mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qəbul etmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarə rəisi Vüsal Ələkbərli də görüşdə iştirak etmişdir. Görüş zamanı arxeologiya, kənd təsərrüfatı, təhsil və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.

JPEG

publié le 19/05/2021

haut de la page