Səfirin France Espoirs futbol komandası ilə görüşü [fr]

Fransa səfiri Zakari Qros, 6 sentyabr tarixində France Espoirs futbol komandası ilə görüşdü. Xüsusilə nümayəndə heyətinin rəhbəri Pyer Lerestö və məşqçi Silvən Ripoll ilə söhbət apardı. Səfir gənc futbolçuları salamlayaraq onlara xoş vaxt keçirməyi və əla oyun arzuladı.

Xatırladaq ki, Azərbaycan və Fransanın 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasındakı Avropa çempionatının seçmə matçı Sumqayıtda keçiriləcək. Qarşılaşma sentyabrın 7-də “Kapital Bank Arena”da oynanılacaq.

publié le 07/09/2020

haut de la page