Səfirin Azərbaycan İnnovasiyalar Agentliyinə səfəri
11 oktyabrda, Fransanın Azərbaycandakı səfiri Cənab Zakari Qros Azərbaycan İnnovasiyalar Agentliyinin Baş Direktoru Cənab Tural Kərimli ilə görüşüb. Fransa - Azərbaycan Universiteti (UFAZ) və eləcə də Bakı Fransız Liseyi ilə Agentlik arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. İnnovasiya sahəsində Fransa ilə bir sıra lahiyələrin reallaşdırılması mümkünlüyü də qeyd edildi.