Səfirin 14 iyul bayramı münasibətilə təbriki [fr]

Əziz dostlar,

Əfsuslar olsun ki, bu il Fransa səfirliyi Fransanın milli bayramı - 14 iyul ənənəvi rəsmi qəbulu təşkil edə bilməyəcək. Buna təəsüf edirəm, çünki şəxsən sizinlə görüşməyi istərdim.

Lakin 14 iyul yalnız rəsmi qəbul deyil, bu fransız inqilabının dəyərlərinin - azadlıq, bərabərlik və qardaşlığın qeyd olunmasıdır. Bu dəyərlər hamıya və sizə məxsusdur.

Azərbaycandakı Fransız İnstitutu, Bakı Fransız Liseyi, Fransa-Azərbaycan Universiteti, Fransa-Azərbaycan Ticarət və Sənaye Palatası ilə birlikdə son bir il ərzində Fransa səfirliyi ilə çalışanların hamısına təşəkkür etmək istəyirəm. Onların komandalarına, həmçinin Bakıfrankofon assosiyasına da təşəkkür edirəm.

Əziz Azərbaycanlı dostlar, Fransa Azərbaycanla dostluqdan fəxr hissi duyur və bu dostluğu daha da dərinləşdirmək istəyir.

Sonda Azərbaycanda yaşayan Fransız həmvətənlərimə müraciət etmək istəyirəm. Ümid edirəm ki, bu 14 iyulu ailənizdə və ya bir neçə dostunuzla qeyd edəcəksiniz.

Sizə can sağlığı və firavanlıq və Azərbaycanda xoşbəxt olmağınızı diləyirəm.
Bayramınızı təbrik edirəm, yaşasın Respublika, yaşasın Fransa !

Zakari Qros, Fransanın Azərbaycandakı Səfiri

publié le 14/07/2020

haut de la page