Səfir Orelia Buşezin iştirakı ilə “University Foundation Center» (UFC) tələbələrinə diplomların verilməsi

Cümə axşamı, 21 iyun tarixində Fransanın Azərbaycandakı Səfiri Xanım Orelia Buşez “University Foundation Center(UFC) » tədris mərkəzini bitirən və növbəti tədris ilində Fransada ali təhsil almağa yollanacaq 6 məzuna diplomların təqdim edilməsi mərasimində iştirak etmişdir.

Onlardan beş nəfəri intensif dil kurslarını keçmiş frankofon tələbələrdir və San Kantan an Yvelin universitetində aşpazlıq ixtisası üzrə təhsillərini davam etdirəcəklər.

Xanım Reyhan Hüseynovanın rəhbərlik etdiyi UFC, Fransa ilə Azərbaycan arasında təhsil və universitet sahəsində mübadilələrin asanlaşdırılmasına xidmət edir.

JPEG

publie le 05/07/2017

hautdepage